Bakıda 37,bölgələrdə isə 39 dərəcəyədək isti olacaq

Foto arxiv

İyulun 30-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 23-26, gündüz 32-37, Bakıda gecə 24-26, gündüz 35-37 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da hava yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25,gündüz 34-39, dağlarda gecə 14-19, gündüz 23-28 dərəcə isti təşkil edəcək.