Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan məsələləri üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Azərbaycana səfər edəcək.
Aİ-nin Bakı nümayəndəliyindən bildiriblər ki, səfər iyulun 30-da baş tutacaq.
T.Klaarın Azərbaycanın rəsmi şəxsləri ilə müzakirələr aparacağı bildirilir.
Tərəflər arasında əməkdaşlıq məsələləri, həmçinin regionda təhlükəsizlik problemi və Qarabağ nizamlanması ətrafında vəziyyət müzakirə olunacaq.