İyulun 28-də Bakı və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeron yarımadasında gecə 25-28, gündüz 32-37, Bakıda gecə 26-28, gündüz 35-37 dərəcə isti olacağı gözlənilir.
İyulun 28-də Azərbaycanın rayonlarında da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 22-27, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 23-28 dərəcə isti olacağı təxmin edilir.
Nazirlik xəbərdarlıq edir ki, iyulun 28-29-da Abşeron yarımadasında arabir durğun və bürkülü hava şəraiti gözlənilir, bu isə meteohəssas insanlar üçün əsasən əlverişsizdir.