Pompeo: Şimali Koreya hələ də nüvə bombası yanacağı hazırlayır

Mike Pompeo

Şimali Koreya nüvəsizləşdirmə vədi verməsinə baxmayaraq, hələ də nüvə bombası üçün yanacaq hazırlayır. Bunu ABŞ-ın dövlət katibi Mike Pompeo iyulun 25-də bildirib.

ABŞ prezidenti Donald Trump iyunun 12-də Şimali Koreya lideri Kim Jong Un-la görüşündən sonra Pxenyanın nüvə silahlarından sürətlə əl çəkəcəyini, hətta Şimali Koreyanın daha nüvə təhlükəsi yaratmadığını deyirdi.

Ancaq Pompeo iyulun 25-də senatın xarici əlaqələr komitəsində respublikaçıların və demokratların skeptik sualları ilə üzləşib və Kim hələ də sammitdə götürdüyü öhdəliklərini yerinə yetirməli olması fikrilə razılaşıb.

O, “təmkin diplomatiyası” üzrə proqres əldə olunduğunu, ancaq prosesin nəticəsiz qalacağına imkan verməyəcəyini vurğulayıb.

Sammitdən sonra tezliklə uğur əldə olunacağını proqnozlaşdıran Trump ötən həftə deyib ki, nüvəsizləşdirmə danışıqları “tələsik deyil” və bundan ötrü “vaxt limiti yoxdur”.