'Qarabağ'ın rəqibi bəlli oldu

Kubok

Futbol üzrə Azərbaycan çempionu «Qarabağ»ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi bəlli olub. Bu, Albaniyanın «Kukesi» klubudur.

Püşkatma iyulun 23-də İsveçrənin Nyon şəhərində keçirilib.

Bu qarşılaşmanın qalibini isə növbəti mərhələdə Belarusun «BATE» və ya Finlandiyanın «HİK» klubu ilə görüş gözləyir.

Qarşıdakı mərhələnin ilk oyunları avqustun 7-8-də, cavab oyunlarsa ayın 13-14-də keçiriləcək.

İsveçrədəki püşkatmada 32 komandanın rəqibi müəyyənləşib. İlk dəfə olaraq püşkatma iki mərhələdə keçirilib.