İyulun 24-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıya rəsmi səfərə gələcək.
Bu barədə Türkiyə XİN-in mətbuat xidməti məlumat yayıb.
Çavuşoğlunun Azərbaycan prezidenti, baş nazir və xarici işlər naziri ilə görüşəcəyi bildirilir.
«Səfər ikitərəfli, regional və çoxtərəfli məsələlər üzrə fikir mübadiləsi aparmağa imkan verəcək», - məlumatda deyilir.
Məlumatda həmçinin qeyd olunur ki, tərəflər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iyulun 10-da Bakıya səfəri zamanı qaldırılan məsələlərlə bağlı məsləhətləşmələr aparacaqlar.