Rusiyada raket və kosmik gəmi dizaynı ilə məşğul olan idarənin tədqiqatçısının NATO ölkəsinə məxfi informasiya ötürməklə vətəndə xəyanətdə ittiham olunduğu bildirilir.
“Kommersant” qəzeti iyulun 23-də yazıb ki, 74 yaşlı Viktor Kudryavtsev Maşınqayırma üzrə Mərkəzi Tədqiqat İnstitutunda çalışıb. O, ultrasəs texnologiyasına dair məxfi informasiyanı alyansın adı çəkilməyən üzvünün təmsilçisinə ötürməkdə ittiham olunur.
“Kommersant” adını çəkmədiyi mənbələrə istinadla Kudryavtsev-in Lefortovo həbsxanasında saxlandığını, özünü təqsirli bilmədiyini xəbər verir.
Rusiyanın Roscosmos kosmik agentliyinin sözçüsü Vladimir Ustimenko iyulun 22-də Kudryavtsev-in saxlandığını bildirsə də, detalları açıqlamayıb.
İctimai Monitorinq Komissiyası qeyri-hökumət təşkilatının üzvü Yevgeny Yenikeyev iyulun 22-də deyib ki, Kudryavtsev vətənə xəyanət ittihamyla təcridxanada saxlanır.
Son illər bir neçə rusiyalı vətənə xəyanət, məxfi, yaxud həssas informasiya yaymaq ittihamı ilə saxlanıb.