İsrail ordusu ilə HƏMAS qrupu Qəzzədə atəşkəs razılığına gəliblər.
İsrailin hərbi-hava qüvvələri cümə günü 1 İsrail əsgərinin ölümünə cavab olaraq Qəzzəni bombalayıblar.
Hava zərbələri nəticəsində azı 4 fələstinli ölüb.
HƏMAS onlardan 4-nün qrupun üzvləri olduğunu bildirir.
Əməliyyat zamanı İsrail Qəzzədəki mövqeləri tanklardan da atəşə tutub.
Qeyd edək ki, Qəzzə bölməsinə HƏMAS qrupu nəzarət edir.
Misirin vasitəçiliyi ilə tərəflər şənbə gününə keçən gecə atəşkəs razılığına gəliblər.