Ermənistanın Şirak rayonunun Panik kəndindəki insidentlə bağlı araşdırma aparılır və nəticələr barədə baş nazir Nikol Pashinian-a məlumat verilir. Bunu AzadlıqRadiosu-nun erməni xidmətinə baş nazirin mətbuat katibi Arman Yegoyan deyib.
Bu günlərdə Rusiyanın 102-ci hərbi bazasının bölmələri Panik kəndində təlimlər keçirib. Kəndin küçələrində partlayış və atəş səsləri eşidilib. Sakinlər arasında çaxnaşma yaranıb.
Mətbuat katibi məsələnin baş nazirin diqqət mərkəzində olduğunu bildirir.
Ermənistanın müdafiə nazirliyi də hazırda insidenti araşdırmaqla məşğuldur.
Kənd sakinləri təlimlər barədə onlara məlumat verilmədiyini deyiblər.