Dağlıq ərazilərə yağış yağacaq

Yağış

İyulun 19-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeron yarımadasında gecə 23-25, gündüz 30-34, Bakıda gecə 23-25, gündüz 32-34 dərəcə isti olacaq.

İyulun 19-da Azərbaycanın rayonlarında da hava şəraitinin yağmursuz keçəcəyi, amma gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə 18-23, gündüz 31-36, dağlarda gecə 12-17, gündüz 22-27 dərəcə isti olacağı təxmin edilir.