İyulun 15-də Xırdalan şəhərində yerləşən “Riyad” Ticarət Mərkəzində yanğın baş verib.
Bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Yanğın zamanı 2 nəfərin yüngül yanıq xəsarəti aldığı deyilir.
Ticarət mərkəzinin ərazisində yerləşən mağazanın 340 m²-lik alkopandan ibarət üzlüyü və qapısının yandığı qeyd edilir.
Yanğın söndürülüb.