İyulun 16-da Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək, arabir güclənən şimal-qərb küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 24-27, gündüz 28-33 dərəcə olacaq.
Azərbaycanın bəzi bölgələrində isə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23, gündüz 29-34 dərəcə isti, dağlarda gecə 12-17, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.
Mərkəzi Aran bölgələrində isə hava yağmursuz keməcəkq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26, gündüz 34-39 isti olacaq.