Trump: Britaniya ilə münasibət ‘çox, çox güclüdür’

Donald Trump və Theresa May, 13 iyul, 2018-ci il

ABŞ prezidenti Donald Trump Britaniya ilə münasibətin “çox, çox güclü” olduğunu deyir. Bundan öncə o, baş nazir Theresa May-in Avropa Birliyindən çıxmaq strategiyasını açıq şəkildə tənqid etmişdi.

İyulun 13-də “The Sun” qəzetində dərc olunmuş müsahibəsində Trump deyib ki, May-in planı Birləşmiş Ştatlarla istənilən ticarət sazişini “yəqin, məhv edəcək”.

Amma iyulun 13-də May-in iqamətgahında çıxışında Trump deyib ki, bu səfəri zamanı May ilə “indiyədək ən yaxşı münasibətləri qurublar”.

Bu gün Britaniyada bir sıra etiraz aksiyaları planlaşdırılır. Londonda parlament binası üzərinə Trump-ın bez geyindirilmiş acıqlı uşaq kimi təsviri olan nəhəng şarın qaldırılması planları da var.

“The Sun”a müsahibəsində Trump Londonun meri Sadiq Khan-ı şəhər üzərinə hücumlara görə ittiham edib, deyib ki, immiqrasiya ucbatından Avropa “mədəniyyətini itirməkdədir”.