Şimal-qərb rayonlarında yağış gözlənilir

Yağış

İyulun 14-də Bakı və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeron yarımadasında gecə 24-26, gündüz 30-35, Bakıda gecə 24-26, gündüz 33-35 dərəcə isti olacaq.

İyulun 14-də Azərbaycanın əksər rayonlarında da havanın yağmursuz keçəcəyi gözlənilir. Ancaq bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 21-26, gündüz 35-40, dağlarda gecə 14-19, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.