İranın keçmiş baş nazir müavini, ölkənin ən uzun cəza çəkmiş siyasi məhbusu sayılan şəxs iyulun 12-də 86 yaşında dünyasını dəyişib. Məlumatı dövlət mediası yayıb.
Liberal hesab olunan Amir-Entezam 1979-cu il islam inqilabından sonra casusluqda və vətənə xəyanətdə təqsirli bilinmişdi, ömrünün bir neçə on ilini həbsdə keçirmişdi.
Həbsxana həyatından sonra Amir-Entezam-ın səhhəti yaxşı deyildi. IRNA dövlət xəbər agentliyi onun həyat yoldaşına istinadla ürək tutmasından vəfat etdiyini bildirir.
Amir-Entezam-ın həbsdən nə vaxt çıxdığı, evinə qayıtmasına hansı şərtlərlə icazə verildiyi bəlli deyil.
O, İran şahı devriləndən sonra Mehdi Bazargan-ın başçılıq etdiyi müvəqqəti hökumətdə baş nazir müavini və hökumətin sözçüsü idi. Amma ölkənin islam respublikasına çevrilməsinə qarşı çıxırdı.
Hökumət onu İsveçə səfir göndərdi, daha sonra geri çağrıldı, həbs olundu, 1981-ci ildə ömürlük həbsə məhkum edildi. Birləşmiş Ştatlar üçün casusluqda ittiham olunsa da, ittihamları rədd edirdi.
17 il cəza çəkəndən sonra, 1998-ci ildə yenidən həbs olundu. Səbəb Tehran yaxınlığındakı Evin xəstəxanasının keçmiş rəhbəri barədə tənqidi çıxışları idi.
Qısa müddətə azadlıqda olandan sonra, 2000-ci illərin əvvəlində yenidən saxlandı və həbsxanaya göndərildi. Bu dəfə ölkənin siyasi sistemiylə bağlı referendum çağırırdı.
O, 1997-ci ildə Avstriyanın Bruno Kreisky insan haqları mükafatına layiq görülüb.