Tehran indi ABŞ-a “daha sayqıyla” yanaşır

Donald Trump

ABŞ prezidenti Donald Trump deyir ki, gələcəkdə İran rəsmilərindən telefon zəngi, onların Vaşinqtonun təhlükəsizlik əndişəsini azaltmaqdan ötrü təklif verəcəyini gözləyir.

Trump iyulun 12-də Brüsseldəki NATO sammiti çərçivəsində keçirdiyi mətbuat konfransında deyib ki, indi Tehran Birləşmiş Ştatlara “keçmişdə olduğundan daha artıq sayqıyla yanaşır”.

“Bilirəm ki, xeyli problemləri var və iqtisadiyyatları çökür. Bir məqamda mənə zəng edəcəklər. Deyəcəklər ki, ‘gəl razılaşaq’. Hazırda özlərini xeyli incik hiss edirlər”, – Trump vurğulayıb.

ABŞ dövlət katibi Mike Pompeo isə iyulun 12-də deyib ki, Birləşmiş Ştatların müttəfiqləri İrana daha çox iqtisadi təzyiq göstərilməsinə kömək etməlidirlər.

Pompeo Tehranı BMT-nin qətnamələrini pozaraq Yaxın Şərqdə silah satmaqda ittiham edib.