Ukraynanın şərqindəki müharibəni işıqlandırmasına görə tanınmış belaruslu jurnalist polis əməkdaşına hücum ittihamıyla məhkəmə qarşısına çıxarılıb. Dzmitry Halko-nun məhkəməsi iyulun 10-da Minskdə başlanıb.
Jurnalist 2014-cü ildə Ukraynanın şərqində rusiyapərəst separatçılar tərəfindən saxlanmışdı. O, bu ilin aprelində, Ukraynadan Belarusa keçərkən saxlanıb. Halko son bir neçə ayı Belarusda yaşayırmış.
Müstəntiqlər Halko-nun dekabrda bir polis əməkdaşına hücum etdiyini, onun mobil telefonunu sındırdığını deyirlər. Qonşuları səs-küydən şikayətçi olunca polis onun Minskdəki mənzilinə gedibmiş.
38 yaşlı Halko ittihamı rədd edir, polis əməkdaşına hücum etmədiyini deyir.