Artıq 12 yeniyetmə və onların məşqçisi Tailandda mağaradan çıxarılıb.
***
Tailandda mağarada qalmış dörd yeniyetmənin və onların məşqçisinin çıxarılması əməliyyatı artıq başlayıb.
Xilasetmə missiyasının rəhbəri Narongsak Osottanakorn jurnalistlərə deyib ki, onların hamısı iyulun 10-da “eyni vaxtda” xilas ediləcək.
Mağaradakı qrup bir həftə öncə aşkarlanıb, onlarla bir həkim, üç xilasedici də qalır.
İyulun 9-da mağaradan daha dörd yeniyetmə çıxarılıb və xilas olunanların sayı 8-ə çatıb.
11-16 yaşlarında 12 oğlan məşqçiləri ilə birlikdə iyunun 23-də mağaraya eniblər və leysan yağışlar onların yolunu kəsib.
Xilasetmə əməliyyatına 10 ölkədən 1000-dən çox adam qoşulub.