İyulun 10-da futbol üzrə dünya çempionatının birinci yarımfinalı keçiriləcək. Fransa Sankt Peterburqda Belçika ilə üzləşəcək.
Fransa 1998-ci ildə dünya çempionu titulunu qazanıb.
Belçika isə indiki çempionatda rəqib qapısından ən çox qol keçirmiş komandadır, 14 qol vurub. Fransa rəqib qapısından 9 qol keçirib.
Dünya çempionatı tarixində artıq beşinci dəfədir ki, yarımfinala yalnız Avropa komandaları çıxıb.
İyulun 11-də, ikinci yarımfinalda İngiltərə Xorvatiya ilə Moskvanın Lujniki stadionunda qarşı-qarşıya gələcək.
Yarımfinal qalibləri iyulun 15-də Lujniki stadionunda, uduzanlar isə iyulun 14-də 3-cü yer uğrunda Sankt Peterburqda yarışacaq.