ABŞ-ın dövlət katibi Mike Pompeo Əfqanıstanın paytaxtı Kabilə qəfil səfər edib. Bu haqda Azad Əfqanıstan radiosuna anonimlik şərtilə danışan hökumət rəsmisi bildirib.
Bu, Pompeo-nun dövlət katibi vəzifəsinə keçəndən Əfqanıstana ilk səfəridir.
Onun prezident Ashraf Ghani ilə görüşəcəyi, daha sonra birgə mətbuat konfransı keçirəcəkləri gözlənir.
Hazırda Birləşmiş Ştatların Əfqanıstanda 14 minədək hərbçisi var, onlar NATO missiyasının tərkibində xidmət keçirlər, eləcə də İslam Dövləti (İŞİD) qruplaşması və Al-Qaeda yaraqlılarına qarşı antiterror əməliyyatları aparırlar.