Fövqəladə Hallar Nazirliyi «Quba Palace Hotel»də kanat yolunun qırılması nəticəsində ölən və xəsarət alanlarla bağlı məlumat yayıb.
Məlumata görə, iyunun 20-dən Rusiya Federasiyasının «SCADA» şirkətinin apardığı təmir işləri ilə bağlı kanat yolu istifadədə olmayıb.
«Hadisə yerdə, təmir işləri aparılan zaman baş verib», - nazirlik bildirir.
Nəticədə təmir işlərinə cəlb edilmiş 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Hadisə ilə bağlı araşdırmalar aparıldığı qeyd olunur.
+++
Qubada kanatın qırıldığı, ölən və yaralananların olduğu bildirilir.
APA-nın məlumatına görə, hadisə Qubadakı hotellərdən birində baş verib.
Kanatın qırılması nəticəsində hotelin əməkdaşı, Qubanın Amsar kənd sakini 1992-ci il təvəllüdlü Rüzgar İsayevin öldüyü bildirilir.
Quba rayon sakinləri, 1958-ci il təvəllüdlü Rafiq Həsənovun, 1985-ci il təvəllüdlü Ruhid Əliməmmədovun xəsarət aldığı qeyd edilir. Onlar Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Rəsmi qurumlar hadisə ilə bağlı hələlik açıqlama yaymayıblar.