42 dərəcə isti gözlənir

Foto arxiv

İyulun 9-da Bakı və Abşeron yarımadasında havanın yağmursuz olacağı, şimal-şərq küləyinin əsəcəyi bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gecə 24-27, gündüz 30-35 dərəcə isti olacaq.

İyulun 9-da Azərbaycanın rayğnlarında da yağıntı gözlənilmir.

Gecə 15-25, gündüz 31-40 dərəcə iti gözlənir. Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində temperaturunun 42 dərəcəyə yüksələcəyi təxmin edilir. Dağlarda gecə 13-20, gündüz 28-33 dərəcə isti gözlənir.