Gürcüstan öz hava məkanını Suriyanın hava şirkətləri üçün bağlayıb.
Bu barədə iyunun 28-də AzadlıqRadiosunun müxbiri Kobaladze məlumat verir.
Belə bir addım, Dəməşqin Gürcüstanın separatçı bölgələri Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımasına cavab olaraq atılıb.
Beləliklə Gürcüstan Suriyanın iki hava şirkətinin ölkə üzərindən Rusiyaya uçmasını əngəlləyib.
Bu tədbir Suriya tərəfi üçün xeyli ziyanlıdır, çünki belə halda marşurut xeyli uzanacaq.
Qeyd edək ki, Gürcüstan Dəməşqin həmin addımına görə Suriya ilə diplomatik münasibətləri də kəsib.