Futbol şərhçisi məğlubiyyətə görə oyun vaxtı keçindi

Foto arxiv

Misirli futbol şərhçisi Abdurrahim Məhəmməd Misir-Səudiyyə Ərəbistanı görüşü zamanı keçinib.

Xarici kütləvi informasiya vasitələrinin məlumatına görə, o, oyundan sonra görüşü şərh etməli imiş.

Amma Səudiyyə Ərəbistanının qələbə qolundan sonra ürək tutmasından keçirib.

Abdurrahim Məhəmmədi xəstəxanaya çatdırsalar da həyatını xilas etmək mümkün olmayıb.

Misir millisi qrupun son görüşündə Səudiyyə Ərəbistanına 1:2 hesabı ilə məğlub olub.

Abdurrahim Məhəmməd yerli "Ez-Zemalik" klubunun keçmiş məşqçisidir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı son dəqiqədə vurduğu qolla Misirə 2:1 hesabı ilə qalib gəlib. Amma yığmalardan heç biri növbəti mərhələyə adlaya bilməyiblər.