Almaniya yığması Rusiyada keçirilən dünya çempionatında İsveçlə oyundan sonrakı hərəkətinə görə üzr istəyib.
Gərgin qarşılaşmadan son dəqiqədə vurulan qolla qalib ayrılan almanlar qələbəni rəqib komandanın ehtiyat oyunçular skamyası önündə qeyd ediblər.
İsveç yığmasının baş məşqçisi Yanne Andersson almanların bu hərəkəti "qeyri-korrekt" adlandırıb.
Onu da deyib ki, Almaniya yığması tərəfdən İsveçin ehtiyat oyunçular skamyasına tərəf bəzi jestlər göstərilib və bu qarşıdurmaya səbəb olub.