Ermənistanda daha bir şəhərin meri istefa verir

Armavirdə etiraz aksiyası, 21 iyun, 2018

Ermənistanın Armavir şəhərinin meri Ruben Xlqatyan öz səlahiyyətlərinə xitam verir.

O öz xoşu ilə istefa verdiyini deyir.

Xlqatyan bunu Armavir vilayətinin qubernatoru Qaqik Miricanyanla görüşdə bildirib.

Qubernator merlə birlikdə Armavir şəhərində merə qarşı etirazları təşkil edənləri qəbul edib.

Bir neçə gün idi, Xlqatyana qarşı etirazlar ara vermirdi. Etriazçılar deyirdi ki, Xlqatyan vəzifədə olduğu 14 il ərzində şəhər üçün heç nə etməyib.