Ukrayna parlamentinin qarşısında aksiyaçılarla polis arasında toqquşma olub.
Aksiyaçılar iyunun 19-da polis səddini yararaq parlamentin binasına daxil olmağa cəhd gstərib.
Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Aksiyaçıların arasında, keçmiş Sovet İttifaqı dövründə Əfqanıstanda vuruşmuş müharibə veteranları, Çernobl qəzasının bərpasında iştirak edənlər, Ukraynanın şərqində separatçılarla savaşan döyüşçülər və şaxtaçılar da olub.
Aksiyaçılar ictimai nəqliyyatda imtiyazların yaxşılaşdırılmasını,veteranlar və əlillərə dövlət yardımının artırılmasını və kömür mədənlərinin inkişafına vəsait ayrılmasını tələb edirlər.