Yəmən ordusu Hodeidah limanını iranın dəstəklədiyi Huti üsyançılardan almaq üzrədir.

Hudaydah limanı

Yəmənin hökumət qoşunları Qırmızı dənizdəki Hodeidah limanını iranın dəstəklədiyi Huti üsyançılardan almaq üzrədir.

Reuters-in məlumatına görə,hazırda Hodeidah hava limanı uğrunda döyüş gedir.

Hər iki tərəfdən ağır itkilər olduğu bildirilir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı və onun müttəfiqləri Yəmən münaqişəsində hökumət qüvvələrinin tərəfini saxlayırlar.

Paytaxt Sana da daxil olmaqla Huti üsyançılarının nəzarətində olan rayonlar, yüklə əsasən Hodeidah limanından təhciz olunurlar.

Ona görə də bu liman vacib strateji əhəmiyyət daşıyır.

Artıq bir neçə ildir ki, Yəməndə müharibə gedir.

Beynəlxalq aləm tərəfindən tanınan Yəmən hökuməti İranın dəstəklədiyi Huti üsyançılarla üz-üzə durub, savaş gedir.