Rusiyayla Səudiyyə neft-qaz məsələsində əməkdaşlığa razılaşırlar

Vladimir Putin (solda) Mohammed bin Salman

Rusiyayla Səudiyyə bildirirlər ki, neft və qaz məsələlərində əməkdaşlığı genişləndirməyə razılaşıblar. Bu ölkələr son iki ildə neftin qiymətinin artmasından ötrü birlikdə fəaliyyət göstərir.

Rusiya prezidenti Vladimir Putin, Səudiyyənin vəliəhd şahzadəsi Muhammad bin Salman və iki ölkənin enerji nazirləri iyunun 14-də Moskvada razılaşma əldə ediblər. Dünən bu ölkələrin futbol komandaları arasında dünya çempionatının ilk qarşılaşması keçirilib.

Səudiyyənin enerji naziri Khalid al-Falih rusiyalı həmkarı Aleksander Novak-la birgə bəyanatda bildiriblər ki, dünyanın bu iki ən böyük neft hasilatçısı bazarın idarəedilməsi üzrə səylərini davam etdirəcəklər, “etibarlı və yetərli neft təchizatı ilə dəstəklənən balanslı bazar” uğrunda çalışacaqlar.

Putin və Salman qarşılıqlı razılaşmanı dəstəkləyib və deyiblər ki, “bu əməkdaşlığı davam etdirmək və irəliyə aparmaq istədiyimizə şübhə yoxdur”.

Tərəflər neft hasilatının dondurulması barədə razılığa 2016-cı ildə gəliblər, o zaman neftin kəskin ucuzlaşması neft hasilatçısı olan böyük ölkələrdə iqtisadi böhran yaratmışdı.