Almaniya terror hücumunu önlədiyini deyir

Hans-Georg Maassen

Hans-Georg Maassen

İyunun 14-də Almaniya hakimiyyəti bioloji silah hazırlamaqda şübhəli bilinən tunislinin saxlandığını və bununla da terror hücumunun qarşısının alındığını bildirib.

29 yaşlı Sief Allah H Kölndə saxlanıb. İyunun 12-də onun mənzilində axtarış aparılıb və zəhərli risin maddəsinin aşkarlandığı bildirilib. Məlumatı ölkənin BfV kəşfiyyat agentliyi yayıb.

BfV rəhbəri Hans-Georg Maassen “Rheinische Post” qəzetinə deyib ki, “indiyədək aşkarlanan dəlil terror hücumunun önlənməsi ehtimalını ortaya qoyur”.

Qəzetin yazdığına görə, şübhəlinin evindən risinin zəhərli dozasını hazırlamağa imkan verən material aşkarlanıb.

Müstəntiqlər həmin şəxsin islamçı ekstremistlərlə əlaqə saxladığını, ancaq onun terror şəbəkəsinin üzvü olmasına dəlil olmadığını bildiriblər.

Şübhəli internetdə 1000 qab tərkibində risin olan toxum və elektron kofeüyüdən sifariş edincə, hüquq-mühafizə orqanları bundan duyuq düşüblər.

Onların bildirməsinə görə, şübhəli iyunun əvvəlində risin hazırlamağa müvəffəq olub. Bu maddənin hətta kiçik dozası belə ölümlə sonuclana bilər.