İranın futbol komandasının məşqçisi Carlos Queiroz deyir ki, 'Nike' şirkətinin komandayla bağlı qərarı onları daha da birləşdirib. 'Nike' qərara alıb ki, ABŞ-ın İrana sanksiyalarına görə komandaya atlet ayaqqabıları və dünya kubokunun təchizat çantasını verməsin.
“Bu, bizim üçün bir həvəsləndirmə mənbəyi olub”, – Queiroz iyunun 13-də “Sky Sports” telekanalına deyib.
Məlumatlara görə, Nike-nın qərarından sonra iranlı futbolçular idman ayaqqabılarını Rusiyadakı mağazalardan almalı olublar.
Bu gün – iyunun 14-də Rusiyada futbol üzrə dünya çempionatı başlanır.
'Nike' qərarını açıqlayanda Queiroz bundan çaşqınlığını bildirmiş, oyunçuların özlərinin idman ləvazimatina öyrəşdiyini, oyunlar öncəsi dəyişiklik etməyin düzgün olmadığını demişdi.
İyunun 13-də Queiroz şirkəti komandadan üzr istəməyə çağırdı.