Özbəkistan prezidenti də əfv fərmanı imzalayıb

Shavkat Mirziyoev

Özbəkistan prezidenti Shavkat Mirziyoev Ramazan bayramı ərəfəsində əfv fərmanı imzalayıb.

İyunun 12-də imzalanmış fərmanla 173 məhbus azadlığa buraxılacaq. Onlardan 71-i şərti cəzayla azad olunur. Bundan əlavə, 39 məhbus cəzasını daha yüngül şəraitdə çəkəcək. 14 məhbusun cəzaçəkmə müddəti isə azaldılır.

Mirziyoev-in sələfi Islam Karimov heç vaxt Ramazan bayramında əfv fərmanı imzalamırdı.

30 milyondan çox əhalisi olan Özbəkistan İslam ənənələri dərin kök salıb.