Əfqanıstanda 20-dək adam öldürülüb

Əfqanıstan, arxiv fotosu

Ötən gecə Əfqanıstanın şimalındakı Sar-e-Pul vilayətində Taliban yaraqlıları təhlükəsizlik qüvvələrinə hücum edərək azı 14 nəfəri öldürüblər.

Hücumda azı 25 nəfərin yaralandığı bildirilir.

Şərqi Qəzni vilayətində isə Humvee zirehli maşınından istifadə edən intiharçı azı beş təhlükəsizlik əməkdaşının həyatına son qoyub.

Partlayış zamanı azı 26 nəfərin yaralandığı bildirilir.

Hücuma görə məsuliyyəti üzərinə götürən olmasa da, yerli rəsminin deməsinə görə, Taliban yaraqlıları həmin Humvee-ni daha öncə təhlükəsizlik qüvvələrindən ələ keçiriblər.