Ermənistanın baş naziri Nikol Pashinian yaxın günlərdə Rusiyaya səfər edəcək. Onun iyunun 14-də Rusiyada futbol üzrə dünya çempionatının açılış mərasiminə qatılacağı gözlənir.
Məlumatı Pashinian-ın sözçüsü Arman Yegoyan təsdiqləyib.
Rusiya prezidentinin sözçüsü Dmitry Peskov-sa Pashinian ilə prezident Vladimir Putin-in görüşünün planlaşdırıldığını bildirib.
Bu, Pashinian-ın baş nazir kimi Moskvaya ilk səfəridir. O, mayın 14-də Soçidə Avrasiya İqtisadi Birliyinin toplantısına qatılmışdı. O zaman Putin-lə ikitərəfli görüş də keçirilmişdi.