Keçmiş nazir Aleksei Ulyukaev cəzasını Tversk vilayətindəki həbsxanada çəkir

Aleksei Ulyukayev

Rusiyanın həbsdə olan keçmiş iqtisadiyyat naziri Aleksei Ulyukaev cəzasını Tversk vilayətindəki həbsxanada çəkməyə başlayıb.

Bu barədə “RİA Novosti” İctimai müşahidə komisiyasının sədriEva Markachev-ə istinadla xəbər verir.

Ulyukaev, rüşvət alma ittihamı ilə 8 il həbsə məhkum edilib və cəzasını ciddi rejimdə çəkməlidir.

Mayın sonlarında onu “Matrosskaya tişina” təcridxanasından kolona köçürüblər.

Keçmiş Nazir 2016-cı ilin noyabrında “Rosneft”in ofisində həbs edilib.

İstintaqın versiyasına görə, o “Başneft” in alınmasına müsbət rəy vermək üçün şirkətin rəhbəri İgor Sechin-dən 2 milyon dollar rüşvət alıb.

Məhkəmə 2017-ci il dekabrın 15-də onu təqsirli bilrək 8 il azadlıqdan məhrum edib.

Ulyukaev ittihamı rədd edir.