Qanun-qaydaya görə 85-ci yerdəyik

Karikatura

Venesuela və Əfqanıstanın BMT-nin dinc və təhlükəsiz cəmiyyətə çevrilmək hədəfinə çatmağına hələ çox var. Gallup-un 2017-ci il üzrə Qayda-Qanun İndeksi bu ölkələrin 142 ölkə içində ən az təhlükəsiz olduğunu üzə çıxarıb.

Azərbaycan indeksdə 85-ci, Gürcüstan 87-ci, Ermənistan 78-ci, Rusiya 70-ci yeri tutub.

Qayda-qanunun təminatına görə ilk beşlikdə Sinqapur, Norveç, İslandiya, Finlandiya, və Özbəkistan yer alıb.

Son beş yeri isə Liberiya, Qabon, Cənubi Sudan, Əfqanıstan və Venesuela tutub.