Türkiyə sahillərində daha 10 miqrant batıb (VİDEO)

Sizin brauzer HTML5-i dəstəkləmir

Türkiyə sahillərində daha 10 miqrant batıb

İyunun 3-də Türkiyənin cənub sahillərində-Antaliya vilayətində 9 miqrant dənizdə bataraq ölüb, biri isə itkin düşüb.

Reutersin Türkiyənin sahil mühavizə xidmətinə istinatla xəbər verir ki, içərisində 15 qaçqın olan qayıq sahil yaxınlığında batıb.

5 nəfərin xilas edildiyi bildirilir.

Liviya və Suriya müharibələrinə görə, 2015-ci ildən bu yana Afrika və yaxın Şərq ölkələrində Türkiyə və Yunanıstan vasitəsi ilə Avropaya miqrant axını başlayıb.

Təkcə Almaniya 1 milyondan çıx qaçqın qəbul edib.

Türkiyə Avropa Birliyi ilə Ankara arasındakı razılaşmaya əsasən, hələlik Avropaya qaçqın axınının qarşısını saxlayır.

Razılaşmaya əsasən Avropa Birliyi qaçqınları öz ərazisində məskunlaşdırmaq üçün Türkiyəyə maliyyə yardımı ayrımalıdır.