Mayın 30-da Bakı və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı bildirilir. Mülayim şimal-qərb küləyinin əsəcəyi, gündüz şimal-şərq küləyi ilə əvəz olunacağı vurğulanır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 14-16, gündüz 21-26, Bakıda gecə 14-16, gündüz 23-25 dərəcə isti olacaq.
Azərbaycanın bəzi rayonlarında da arabir yağış yağacağı, gündüz havanın, əsasən, yağmursuz keçəcəyi vurğulanır. Gecə 12-17, gündüz 23-28, dağlarda gecə 8-13, gündüz 17-22 dərəcə isti təxmin edilir.