Rusiyada prokurorlar ukraynalı jurnalist Roman Sushchenko-ya 14 il həbs istənilib. O, casusluqda suçlanır, insan haqları fəalları isə bu işi siyasi motivli sayır.
Roman Sushchenko-nun vəkili Mark Feigin Twitter-də yazıb ki, Moskva Şəhər məhkəməsi qərarını iyunun 4-də çıxaracaq.
Ukrinform xəbər agentliyinin Parisdəki müxbiri Sushchenko 2016-cı ildə Moskvada saxlanıb. O, məxfi informasiya toplamaqda şübhəli bilinib. Ancaq məhkəməsində özünü təqsirli bilməyib.
Kiyev və insan haqları fəalları Rusiyanın bir neçə ukraynalının qondarma siyasi ittihamlarla saxlandığını bildirir. Moskva 2014-cü ilin martında Ukraynanın Krım yarımadasını ilhaq edib. Rusiya Ukraynanın şərqində separatçıları dəstəkləyir.