Rusiyanın Saxa Uzaq Şərq respublikasının rəhbəri istefa verdiyini açıqlayıb.
Yegor Borisov mayın 28-də Instagram-da yazıb ki, “öz xahişiylə” istefa verir, istefaya ona görə gedir ki, “istənilən səviyyədə rotasiya baş verməlidir”.
63 yaşlı Borisov-un fikrincə, Rusiya prezidenti Vladimir Putin martda daha altı illiyə prezident seçiləndən sonra regiona “yeni lider lazımdır”.
Etnik yakut olan Borisov 2014-cü ildə respublika rəhbəri seçilib, səlahiyyət müddəti 2019-cu ildə bitirdi.
Putin martın 18-də prezident seçilib, tənqidçilər seçkinin saxtakarlıqla keçdiyini bildirib.
Müşahidəçilər Kremlin Borisov-dan narazı qaldığını iddia edir. Bir səbəb Putin-in Saxa regionundan nisbətən az səs almasıdır.
Sakha Rusiyanın 85 federal subyektindən ən böyüyüdür, almaz və digər faydalı qazıntılarla zəngindir.
Kremlin mətbuat xidməti mayın 28-də bildirib ki, Putin Maqadan vilayətinin qubernatoru Vladimir Pechyony-nin istefasını qəbul edib. Onu hələlik, Sergei Nosov-un əvəzləyəcəyi xəbər verilir.