Milli Məclisin sədri Oqtay Əsədov Gürcüstana səfər edəcək.
Parlamentin mətbuat xidmətinin məlumatına görə, o, Gürcüstanın ilk Demokratik Respublikasının 100 illiyi ilə əlaqədar tədbirlərdə iştirak edəcək.
Bayram tədbirləri mayın 26-da Tbilisi şəhərində keçiriləcək.
Bayram tədbirlərinin açılış mərasiminə Gürcüstan rəhbərliyi, eləcə də başqa ölkələrin rəsmiləri qatılacaq.
Tədbirlər çərçivəsində Gürcüstan parlamentində «İnkişaf üçün əməkdaşlıq: gələcək 100 ilin strategiyası» mövzusunda dəyirmi masa keçiriləcək. O.Əsədovun həmin tədbirdə çıxış edəcəyi bildirilir.