Qərb rayonlarında yağış, dolu gözlənir

Yağış

Mayın 25-də Bakı və Abşeron yarımadasında havanın yağmursuz olacağı bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 17-20, gündüz 28-33, Bakıda gecə 18-20, gündüz 31-33 dərəcə isti olacaq.

Mayın 25-də günün birinci yarısı ölkənin əksər rayonlarında da havanın, əsasən, yağmursuz keçəcəyi gözlənir. Günün ikinci yarısında isə bəzi qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı vurğulanır. Yağışın ayrı-ayrı yerlərdə leysana keçəcəyi, dolu düşəcəyi ehtimalı var. Gecə 15-20, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 15-20 dərəcə isti təxmin edilir.