Xüsusi əməliyyatlar üzrə ixtisaslaşmış hərbçi Birləşmiş Ştatlar və koalisiya qüvvələrinin Əfqanıstandakı yeni komandiri seçilib. Bu haqda media mayın 23-də ABŞ rəsmilərinə istinadla yazıb.
Ordu general leytenantı Scott Miller-in bu vəzifədə ordu generalı John Nicholson-u əvəzləyəcəyi gözlənir. Nicholson 2016-cı ilin martından həmin postdadır.
AP, Reuters və Wall Street Journal yazırlar ki, Miller-in təyinatı üçün ABŞ senatı onu təsdiqləməlidir.
Miller hazırda Birgə Xüsusi Əməliyyatlar Komandanlığının başındadır. Bu komandanlıq dünyada bir sıra həssas missiyalar həyata keçirib.
O, 2013-14-c illərdə Əfqanıstanda xüsusi əməliyyatlar kontingentinə də rəhbərlik edib.
Pentaqon hələlik, məlumatları şərh etməyib.
ABŞ hökumətinin mayın 21-də yaydığı hesabatda deyilirdi ki, Əfqanıstanda çox az irəliləyiş əldə olunub.
Əfqanıstanda 17 ildir gedən müharibədə 2400-dən çox ABŞ əsgəri və minlərlə əfqan həlak olub.