Parisdə bıçaqla hücum törətmiş çeçen əsillinin dostuna mayın 17-də ittiham irəli sürülüb. O, “kriminal terrorçularla əlbirlik”də ittiham olunur. Fransa ədliyyə rəsmiləri daha iki qadının dindirilmək üçün saxlandığını bildirir.
Paris prokurorluğu həmin şəxsin Abdul Hakim A olduğunu, istintaq məqsədilə barəsində həbs qətimkan tədbiri seçildiyini bildirib.
Şübhəli Rusiyanın Çeçenistan Respublikasında doğulub, sonradan Fransa vətəndaşlığı qəbul edib. Onun bıçaqla hücum törətmiş Khamzat Azimov-la birlikdə Strasburq şəhərində böyüdüyü qeyd olunur.
Polisin məlumatına görə, Azimov mayın 12-də Parisdə bir nəfəri öldürüb, beş nəfəri yaralayıb. Polis onu güllələyərək öldürüb.
Hücuma görə məsuliyyəti İslam Dövləti silahlı qruplaşması üzərinə götürüb.
Saxlanan iki qadınsa Azimov-un dostlarıdır.