Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Prezident İlham Əliyev bu gün, mayın 17-də bununla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, 2012-ci ildən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini tutan Xaləddin İsgəndərov bu vəzifəsindən azad edilib.
Boşalmış posta təyinat hələlik edilməyib.