Taliban Farah şəhərindən çıxarılıb

Farah vilayəti, 15 may, 2018-ci il

Əfqanıstan rəsmisi hökumət qüvvələrinin Farah şəhərindən çıxarıldığını bildirir. Bu şəhərƏfqanıstanın qərbində, İranla sərhəddə yerləşən Farah vilayətinin paytaxtıdır.

Vilayət valisi Abdul Basir Salangi-nin mayın 16-da deməsinə görə, Farahdakı döyüşlərdə 300-dən çox talibançı öldürülüb. O, 25 hökumət hərbçisinin də həlak olduğunu bildirib.

Salangi deyib ki, sakinlər şəhərin təmizlənməsinə başlayıblar, 40-dək talibançının meyiti çıxarılıb.

Taliban bir müddət öncə yaz hücumları mövsümünün açıldığını bildirib.

Mayın 15-də gecəyarısından sonra talibançılar bir neçə təhlükəsizlik məntəqəsinə hücum edib, şəhərin bir rayonunu, digərinin bəzi yerlərini ələ keçirib.

Yaraqlılar xüsusi qüvvələrə hücuma keçincə əfqan və NATO hərbi təyyarələri Talibanın mövqelərini bombalayıb.