Prezident Naxçıvanda bəzi obyektlərin açılışını edib

İ.Əliyev Naxçıvanda

Mayın 16-da prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində «Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı, kanalizasiya sistemlərinin yenidən qurulması» layihəsinin birinci mərhələsinin açılışında iştirak edib.

AZƏRTAC-ın xəbərinə görə, prezidentə məlumat verilib ki, adıçəkilən layihə çərçivəsində tikinti işlərinə 2012-ci ildən başlanılıb. Layihənin birinci mərhələsi 2017-ci ilin dekabrında başa çatıb.

Daha sonra dövlət başçısı Naxçıvan şəhər Təmizləyici Qurğular Kompleksinin açılışına qatılıb.

Dövlət başçısı Naxçıvan şəhər Qaraxanbəyli inzibati ərazi dairəsində 480 şagird yerlik 6 saylı tam orta məktəbin və Naxçıvan Müəllimlər İnstitutunun yeni binasının açılışında da iştirak edib.

Prezident Naxçıvanda

Azərbaycan prezidenti İlham Əliyev mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfər edib.

AZƏRTAC-ın xəbərinə görə, Naxçıvan Beynəlxalq Hava Limanında dövlət başçısını muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbov qarşılayıb.

Prezident İ.Əliyevin Naxçıvan Muxtar Respublikasında bir sıra obyektlərin açılışında iştirak edəcəyi gözlənir.