Birləşmiş Ştatların ittiham irəli sürdüyü Rusiya şirkəti xüsusi prokuror Robert Mueller-i “cinayət uydurmaqda”, İnternetdə “azad sözü” kriminallaşdırmaqda suçlayıb. Concord konsultasiya şirkətinə Rusiyanın ABŞ-da seçkiyə iddia olunan müdaxiləsi üzrə aparılan istintaq çərçivəsində ittiham irəli sürülmüşdü.
Şirkət mayın 14-də Vaşinqtonda məhkəmə iddiası qaldırıb, Mueller-in ittihamını rədd edib. Rusiya prezidenti Vladimir Putin-ə yaxın şəxsin rəhbərlik etdiyi Concord 2016-cı ildə gizli sosial media kampaniyasını maliyyələşdirməklə ABŞ hökumətini aldatmaqda suçlanır. İttihama görə, kampaniyanın məqsədi respublikaçı Donald Trump-ın prezident seçilməsinə yardım etmək olub.
Concord-a irəli sürülmüş ittihamdan deyilir ki, o, Sankt Peterburqda yerləşən Rusiya trol fabrikini maliyyələşdirib. Şirkətin rəhbəri “Putinin aşpazı” kimi tanınan biznesmen Yevgeny Prigozhin-dir.
Vəkilləri iddiada yazıblar ki, indiyədək Ədliyyə Departamenti xarici korporasiyanı Amerika siyasətinə müdaxilədə suçlayan cinayət işi açmayıb, çünki “federal cinayət məcəlləsində belə bir cinayət mövcud deyil”.