2018-ci ilin yanvar-aprel aylarında Azərbaycanda sənaye sahəsində 15 milyard manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0.9 faiz çoxdur.
Sənayenin qeyri-neft sektorunda istehsalın 10.8 faiz artdığı, neft sektorunda isə 0.6 faiz azaldığı bildirilir.
Statistik məlumata görə, sənaye məhsulunun əsas hissəsi - 73 faizi mədənçıxarma sektorunun payına düşür.