Moskvada hökumətin internet azadlığını məhdudlaşdırmaq cəhdlərinə qarşı yürüşdə azı 20 nəfər saxlanıb. Məlumatı yürüşün koordinatoru verib.
Mayın 13-də yüzlərlə etirazçı populyar Telegram mobil mesajlama əlavəsinin açılmasını tələb edib, bəziləri hökumət əleyhinə şüarlar səsləndriib, internetdə senzura əleyhinə şüarlar qaldırıb.
“Sol Cəbhəni, anarxistləri, digər qurumları təmsil edən 25-30 nəfər saxlanıb”, – Sol Cəbhənin koordinatoru Sergei Udaltsov Interfax agentliyinə deyib.
Polis Azad İnternet Uğrunda yürüşə 1000 nəfərədək etirazçının qatıldığını bildirib. Ağ Dirəniş Könüllü təşkilatı isə Sakharov prospektindəki yürüşə 2 min nəfərin gəldiyini deyib. Yürüşü riyaziyyatçı Dmitry Bogatov və həyat yoldaşı Tatyana Fyodorova açıb.
Yürüşdə keçmiş baş nazir Mikhail Kasyanov daxil olmaqla bir neçə müxalifətçinin də iştirak etdiyi bildirilir.
Mayın 1-də minlərlə etirazçı Moskva və Sankt Peterburqda hökumətin interneti məhdudlaşdırmaq cəhdlərinə etiraz etmişdi.
Ötən ay hökumət Telegram şəbəkəsini bağlayıb. Ancaq bəzi istifadəçilər VPN vasitəsilə blokadanı yarırlar.